Xocalı sakinləri hər zaman dövlətə və dövlətçiliyimizə sadiqlik nümayiş etdiriblər.
11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində də Xocalı sakinləri fəallıq göstərərək layiqli namizədə səs verdilər.
Xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət evinin qarşısında seçicilər səsvermənin nəticəsini gözlədilər. Sesvermənin nəticəsinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin 86,09 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildiyi bəyan olundu. Bu gözlənilən xəbər sakinlərin sevincinə səbəb oldu. Şənliyə toplaşan sakinlər sürəkli alqışlarla "İlhamla irəli" şüarını səsləndirdilər.
Xocalı rayon mədəniyyət işçilərinin vətənpərvəlik mövzusunda ifa etdiyi mahnılar şənlik iştirakçılarının əhval-ruhiyyəsini daha da artırdı.